...

"Azəri-Çıraq-Günəşli" Azərbaycanda əsas neft yatağı olaraq qalır

İqtisadiyyat Materials 31 May 2019 11:07 (UTC +04:00)
"Azəri-Çıraq-Günəşli" (AŞQ) yatağından bu günə qədər 483 milyon ton neft və 157 milyard kub metr qaz hasil olunub.
"Azəri-Çıraq-Günəşli" Azərbaycanda əsas neft yatağı olaraq qalır

Bakı. Trend:

"Azəri-Çıraq-Günəşli" (AŞQ) yatağından mayın 1-ə qədər 483 milyon ton neft və 157 milyard kub metr qaz hasil olunub.

Trend-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Xəzər dənizinin Ofşor yataqlarında 70 illik hasilat tarixi" sessiyasında bildirib.

X.Yusifzadə deyib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 483 mln.ton neft hasil edilib ki, onun da 280,4 mln.tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

Blokdan hasil edilən neftin 58%-i Azərbaycanın payına düşür.

Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" Azərbaycanda əsas neft yatağı olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti