...

Mərkəzi Bank: Bu il inflyasiya elan edilmiş çərçivədə qalacaq (ÖZƏL)

İqtisadiyyat Materials 13 İyul 2019 13:30 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) hesab edir ki, bu il inflyasiya elan edilmiş çərçivədə, yəni 4±2 faiz səviyyəsində qalacaq
Mərkəzi Bank: Bu il inflyasiya elan edilmiş çərçivədə qalacaq (ÖZƏL)

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) hesab edir ki, bu il inflyasiya elan edilmiş çərçivədə, yəni 4±2 faiz səviyyəsində qalacaq.

Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat veriblər.

AMB-nin hesablamalarına görə, qısamüddətli inflyasiya risklərinin balanslaşdırılmasına imkan verən sabitləşdirici amillər qalmaqdadır.

Qeyd olunub ki, inflyasiyanın sabitləşməsinə təsir göstərən əsas amillər sırasına əlverişli beynəlxalq konyunktur, profisitli tədiyyə balansı, balanslaşdırılmış valyuta bazarı və antiinflyasiya xarakterli monetar şərtlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti