...

“Qazprombank” Azərbaycanda yeni layihələr reallaşdırmağı planlaşdırır

İqtisadiyyat Materials 9 Sentyabr 2019 20:59 (UTC +04:00)
“Qazprombank” Azərbaycanda bir sıra layihələr reallaşdırmağı planlaşdırır
“Qazprombank” Azərbaycanda yeni layihələr reallaşdırmağı planlaşdırır

Bakı. Sara İsrafilbəyova - Trend:

“Qazprombank” Azərbaycanda bir sıra layihələr reallaşdırmağı planlaşdırır.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Qeyd olunub ki, Azərbaycanda maliyyələşmə üçün prioritet sahələr əsasən neft, qaz və neft-qaz-kimya sahələridir:

“Biz bu sahədə bir sıra iri layihələr reallaşdırmışıq və SOCAR-la əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”.

Məlum olduğu kimi, “Qazprombank” Qaradağ rayonunda inşa olunacaq qaz-kimya kompleksinin tikintisi layihəsində SOCAR-la birgə iştirak edir.

Rusiya bankı Azərbaycanda “SOCAR Polymer” zavodunun tikintisinin maliyyələşdirilməsində iştirak etmişdi. Bank bu layihə üçün 489 milyon dollar kredit ayırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti