...

ABŞ və Böyük Britaniya səfirliyi “Əsrin müqaviləsi”nin ildönümü münasibətilə qəbul təşkil edib (FOTO)

İqtisadiyyat Materials 2 Oktyabr 2019 19:42 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP-nin regional prezidenti Gary Jones, həmçinin enerji mütəxəssisləri, diplomatik korpus nümayəndələri və hökumət rəsmilərinin iştirakı ilə ziyafət təşkil edilib.
ABŞ və Böyük Britaniya səfirliyi “Əsrin müqaviləsi”nin ildönümü münasibətilə qəbul təşkil edib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfiri Litzenberger və Birləşmiş Krallığın səfiri Şarp, “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd etmək üçün 1 oktyabr tarixində səfir Litzenbergerin iqamətgahında ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP-nin regional prezidenti Gary Jones, həmçinin enerji mütəxəssisləri, diplomatik korpus nümayəndələri və hökumət rəsmilərinin iştirakı ilə ziyafət təşkil ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın enerji ixracatı qlobal və Avropa enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edir və ABŞ bunu yüksək qiymətləndirir.

Səfir Litzenberger qonaqlar qarşısında qeyd edib: “Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda sabitliyin ixracatçısıdır; Gürcüstan, Türkiyə və Avropa Birliyinin enerji təhlükəsizliyinə strateji töhfə verir. Güclü, suveren və müstəqil Azərbaycan bölgədəki sabitliyin lövbəridir”.

Enerji sektorunda tərəfdaşlığımızın tarixində bu əsas addıma nəzər salarkən, ABŞ Xəzər dənizinin enerji ixracatının növbəti uğurlara çatması üçün yeni nəsil texnologiyalar və xidmətlərdən istifadə etməklə bu sahədə Azərbaycan, Birləşmiş Krallıq və digər ölkələrdən olan şirkətlər və mütəxəssislərlə əməkdaşlığı davam etdirməyə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti