...

Qarsda logistika mərkəzi nə vaxt açılacaq?

İqtisadiyyat Materials 27 Fevral 2020 10:02 (UTC +04:00)
Türkiyənin Qars vilayətində strateji xarakter daşıyan logistika mərkəzinin tikintisi 2021-ci ildə başa çatacaq
Qarsda logistika mərkəzi nə vaxt açılacaq?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Qars vilayətində strateji xarakter daşıyan logistika mərkəzinin tikintisi 2021-ci ildə başa çatacaq.

Bunu Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, ötən il logistika mərkəzinin tikintisi çərçivəsində 161,815 milyon lirə sərf olunub: “2020-ci ildə daha 60 milyon lirə investisiya qoyulacaq. Tikinti üçün heç bir xarici kredit cəlb olunmayıb”.

Nazirlikdən bildiriblər ki, hazırda başa çatmaqda olan layihənin dəyəri 221,816 milyon lirəyə bərabərdir. Mərkəzin istifadəsindən əldə olunan gəlir bir milyard dollaradək çata bilər: “Logistika mərkəzinin ərazisində ümumilikdə 1 600 kvadrat metr həcmində iki su çəni, 1 300 kvadrat metr sahədə avtomobil qarajı, 7 000 kvadrat metr sahədə qatar təmiri emalatxanası yerləşəcək. Mərkəzdə həm sərnişin, həm də yük qatarları təmir ediləcək”.

Qeyd edək ki, Qarsda logistika mərkəzinin tikintisi üçün 300 min kvadrat metr ərazi ayrılıb ki, bunun 170 min kvadrat metri anbarlar üçün nəzərdə tutulub. İl ərzində logistika mərkəzindən 412 min ton yük nəql olunacaq.

Logistika mərkəzinin ərazisindən Qars-Ərzurum dəmir yolu ilə birləşəcək 16 kilometr uzunluğunda dəmir yolu keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti