...

“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür (VİDEO)

İqtisadiyyat Materials 28 Mart 2020 11:52 (UTC +04:00)
“Azərenerji” ASC strateji əhəmiyyətli müəssisələrində qabaqlayıcı tədbirlər görür.
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür (VİDEO)

Bakı. Trend:

“Azərenerji” ASC strateji əhəmiyyətli müəssisələrində qabaqlayıcı tədbirlər görür.

ASC-dən Trend-ə verilən məlumata görə, 24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.

Elektrik enerji sistemi həyat təminatlı mühüm əhəmiyyətli obyektlər kateqoriyasına aid olduğundan və bu spesifik sahə sayıldığından, mütəxəssislərin, mühəndislərin, sistem oparatorları və digər işçilərin səhhətinin qorunması olduqca vacibdir. Bu məqsədlə səhmdar cəmiyyətin bütün elektrik stansiyaları, yarımstansiyaları, regional elektrik şəbəkələrində və digər obyektlərində koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və məlumatlandırma işlərinin gücləndirilməsi məqsədi ilə Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında ciddi maarifləndirmə işi aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti