...

Ağsuda arpa biçini başa çatmaq üzrədir

İqtisadiyyat Materials 24 İyun 2020 11:18 (UTC +04:00)
Taxıl əkini sahələrinin həcminə görə ilk beşlikdə olan Ağsu rayonunda arpa biçini yekunlaşmaq üzrədir.
Ağsuda arpa biçini başa çatmaq üzrədir

Bakı. Trend:

Taxıl əkini sahələrinin həcminə görə ilk beşlikdə olan Ağsu rayonunda arpa biçini yekunlaşmaq üzrədir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il rayonda 35728 hektar sahədə payızlıq taxıl əkilib: "Bunlardan 18497 hektarı buğda, 17231 hektarı arpa sahələridir.

Bugünədək Ağsuda 16830 hektar sahədə arpa biçini aparılıb, sahələrdən 55280 ton məhsul yığılıb. Arpa üzrə orta məhsuldarlıq 32,8 sentner təşkil edir.

İyunun 23-nə olan operativ məlumata görə, rayon üzrə buğda sahələrinin 9770 hektarında biçin başa çatıb. Sahələrdən 32210 ton buğda yığılıb ki, bu da orta məhsuldarlığın 33 sentner olması deməkdir.

Hazırda rayonda biçin prosesinə 78 kombayn cəlb olunub. Bunlardan 14-ü "Aqrolizinq" ASC-nin rayon bölməsinin balansında olan kombaynlardır, biçin prosesini sürətləndirmək üçün "Aqrolizinq" tərəfindən Ağsuya əlavə 4 kombayn dislokasiya olunub. Biçində həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 60 kombayn da iştirak edir.

Ağsu rayonunda biçin prosesinin optimal müddətdə başa çatacağı gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti