...

Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib

İqtisadiyyat Materials 14 İyul 2020 16:22 (UTC +04:00)
Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib

Bakı. Trend:

Çindən İtaliyaya tomat pastası daşıyan konteyner qatarlarının hərəkəti bərpa olunub.

Trend-in məlumatına görə, 82 konteynerdən ibarət növbəti qatar operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti - ADY Konteyner olan “Beket-Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanından Ələt limanına çatdırılıb. 20 futluq konteynerlər limanda aşırıldıqdan sonra platformalara yüklənərək dəmir yolu vasitəsilə Gürcüstanın Poti limanına, oradan isə gəmilərlə İtaliyaya çatdırılacaq. Daşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası başlayandan Çindən İtaliyaya mütəmadi olaraq tomat pastası daşıyan konteyner qatarlarının hərəkətində fasilə yaranmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti