...

Azərbaycanda istehsalı artan və azalan sənaye məhsulları açıqlanıb

İqtisadiyyat Materials 25 Avqust 2020 17:12 (UTC +04:00)
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,7 faiz azalaraq 21,6 milyard manat təşkil edib.
Azərbaycanda istehsalı artan və azalan sənaye məhsulları açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,7 faiz azalaraq 21,6 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,3 faiz azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,0 faiz artıb. Sənaye məhsulunun 61,0 faizi mədənçıxarma, 32,7 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 77,9 faiz olub. Ümumi istehsalın 86,2 faizi sənaye məhsullarının istehsalı, 13,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində isə yanvar-iyul aylarında 379,1 milyon manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 2,1 dəfə artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 0,5 faiz azalma müşahidə olunub. Yanvar-iyul aylarında sahə üzrə 19120,1 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti