...

İşçilərin icbari tibbi sığortasını işəgötürən təmin edəcək - Parlament təsdiqlədi

İqtisadiyyat Materials 27 Oktyabr 2020 12:59 (UTC +04:00)
İşçilərin icbari tibbi sığortasını işəgötürən təmin edəcək - Parlament təsdiqlədi

Bakı. Elçin Mehdiyev - Trend:

İşçilərin icbari tibbi sığortası işəgğtürənlər tərəfindən təmin ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Məcəlləyə yeni maddə ("Maddə 307-1. İşçilərin icbari tibbi sığortası) əlavə edilib. Yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir.

Qanuna dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti