...

Torpaqlarımızın azad edilməsi nəticəsində dağ otlaqlarımız da özümüzə qayıdır - İnstitut

İqtisadiyyat Materials 19 Noyabr 2020 09:56 (UTC +04:00)
Torpaqlarımızın azad edilməsi nəticəsində dağ otlaqlarımız da özümüzə qayıdır - İnstitut

Bakı. İlhamə İsabalayeva - Trend:

İşğal altında olan torpaqlarımızın azad edilməsi nəticəsində dağ otlaqlarımız da özümüzə qayıdır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.

Laçın və Kəlbəcərdə otlaq sahələrinin daha çox olduğunu vurğulayan Ə.Quliyev qeyd edib ki, bu, ölkədə ətçilik və südçülük sahələrinin inkişafına imkan yaradacaq:

“Bu otlaqların çox böyük imkanları var. Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam isə əkinçilik üçün ən məhsuldar torpaqları olan rayonlardır”.

Həmin ərazilərdə qədim suvarma əkinçiliyi mədəniyyətinin olduğunu vurğulayan institut direktoru qeyd edib ki, bu torpaqlarda AMEA-nın və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən tədqiqat aparılmalıdır. Tədqiqatlardan sonra bu torpaqlardan hansı məqsədlə istifadə edilə biləcəyi müəyyən olunmalıdır:

“Bu torpaqlarda aqrar sahənin inkişafı üçün böyük imkanlar var və biz o imkanları müəyyən etməliyik. İşğaldan əvvəl ən münbit torpaqlar Ağdam və Füzuli ətrafında idi. Burada pambıqçılıq üçün əlverişli imkanlar olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti