...

Rabitəbank müştərilərinə “Green Friday” endirimini təklif edir

İqtisadiyyat Materials 25 Noyabr 2020 11:31 (UTC +04:00)
Rabitəbank müştərilərinə “Green Friday” endirimini təklif edir

Bakı. Trend:

Endirim fürsətlərindən faydalanmaq üçün noyabrın son həftəsini gözləyən müştərilər üçün “Rabitəbank” da “Qara cümə” trendinə qoşularaq özünəməxsus “Green Friday” kampaniyasını təklif edir. Yalnız bir gün, 27 noyabr tarixində nağd pul krediti götürmək istəyən müştərilər aşağıdakı fürsətlərdən yararlana biləcəklər:

Həm yeni, həm də dövri müştərilər “Rabitəbank”ın nağd pul kreditini heç bir komissiya və sığorta haqqı ödəmədən əldə edə bilərlər.

Üstəlik kreditin illik minimal faiz dərəcəsi isə cəmi 15%-dir! Komissiyasız və sığorta haqqı olmadan müştərilər maksimum 20.000 AZN, zaminsiz isə maksimum 10.000 AZN nağd pul krediti əldə edə biləcəklər.

36 ay müddətinə təklif olunan nağd pul kreditini Bankın istənilən filialına yaxınlaşaraq, www.rabitabank.com veb-saytından, Rabitəbank Mobil əlavəsi və RabitaBot vasitəsiylə onlayn sifariş edərək əldə etmək mümkün olacaq. Endirimli cümə təklifi üçün daha ətraflı məlumatı Bankın 133 Çağrı Mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti