...

İlin sonuna kimi ƏƏSMN daha 10 növ elektron arayış xidmətini istifadəyə verəcək

İqtisadiyyat Materials 14 Dekabr 2020 12:34 (UTC +04:00)
İlin sonuna kimi ƏƏSMN daha 10 növ elektron arayış xidmətini istifadəyə verəcək

Bakı. Samir Əli - Trend:

İlin sonuna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 10 növ elektron arayış xidməti istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərov deyib.

O, bildirib ki, bununla da elektron arayışların sayı 30-a çatdırılacaq: "Bundan sonra da lazımi sənədlərin əldə edilməsinin bütünlükdə elektronlaşdırılmasına çalışacağıq. Vətəndaşlarımız heç yerə müraciət etmədən onlayn şəkildə arayışları əldə edə biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti