...

İranın neft naziri Azərbaycana təşəkkür edib

İqtisadiyyat Materials 22 Dekabr 2020 20:24 (UTC +04:00)
İranın neft naziri Azərbaycana təşəkkür edib

Bakı. Elnur Bağışov - Trend:

İran OPEK+ çərçivəsində aktiv iştirakı və mövqeyinə görə Azərbaycana təşəkkür edir.

Trend-in məlumatına görə, bunu İranın neft naziri Bijən Zəngənə Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdə deyib.

B.Zəngənənin sözlərinə görə, Azərbaycanla İranın münasibətləri yüksək səviyyədədir və bu münasibətlər daha da inkişaf edəcək: "Dünyanın neft bazarında OPEK+ çərçivəsi və addımları effektivdir. Neftin qiymətini münasib səviyyədə saxlamağa nail olacağımıza ümid edirəm".

Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, hazırkı şəraitdə bazarın qiymətinin yaxşılaşdırılması üçün OPEK+ çərçivəsi münasib mexanizmdir. Bu mexanizmin daha effektiv olması üçün onu genişləndirmək lazımdır.

Şahbazov əlavə edib ki, aprel ayında neft bazarının qarşısında duran problem OPEK+ mexanizmi ilə həll edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti