Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi hazırlanıb.
Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, xəritə turizm imkanlarının təbliğ edilməsi, həmçinin turistlər üçün turizm məkanlarının əlçatanlığının təmini məqsədilə hazırlanaraq dərc olunub.
Bundan öncə isə Şimal və Şimal-qərb turizm dəhlizlərini əhatə edən regional xəritələr nəşr olunub.