...

Macarıstan şirkətləri azad edilmiş ərazilərdə tikinti proqramında iştirak etməyə hazırlaşır - Sahil Babayev

İqtisadiyyat Materials 10 Mart 2021 16:13 (UTC +04:00)
Macarıstan şirkətləri azad edilmiş ərazilərdə tikinti proqramında iştirak etməyə hazırlaşır - Sahil Babayev

Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

Macarıstan şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində tikinti proqramında iştirak etməyə hazırlaşır.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığa dair mətbuat konfransında deyib.

O bildirib ki, həmin ərazilərdə artıq genişmiqyaslı tikinti işləri başlayıb: "İki ölkə başçıları tərəfindən imzalanmış "Azərbaycanla Macarıstan arasında astrateji tərəfdaşlıq barədə birgə bəyannamə" əməkdaşlığın genişlənməsinə xidmət edir. Ölkələrimiz arasında əlaqələr genişlənir. Səmərəli əməkdaşlığımızı ticarət əlaqələri, qarşılıqlı ticarət dövriyyəsinin artması, o cümlədən ötən il Macarıstandan Azərbaycana idxalın 8 faiz, Azərbaycandan Macarıstana ixracın 60 faiz artması təsdiq edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti