...

Azərbaycan və Türkiyə nəqliyyat nazirləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsi ilə tanış olub (FOTO)

İqtisadiyyat Materials 31 May 2021 13:30 (UTC +04:00)
Azərbaycan və Türkiyə nəqliyyat nazirləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsi ilə tanış olub (FOTO)

Füzuli. Sədrəddin Ağcayev - Trend:

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolları layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, Türkiyənin "Kalyon" şirkətinin direktoru Mehmet Kalyoncu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi və Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunu Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi layihəsi ilə tanış edib.

Qeyd edək ki, bu gün nazirlərin azad edilmiş ərazilərə səfəri başlayıb.

Səfər çərçivəsində Horadiz-Ağbənd dəmir yolu layihəsi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa, eləcə də Füzuli beynəlxalq hava limanı layihələri ilə tanışlıq keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti