...

"Azərkosmos" cari ilin ilk 5 ayında 19,4 milyon dollarlıq xidmət ixrac edib

İqtisadiyyat Materials 1 İyul 2021 11:15 (UTC +04:00)
"Azərkosmos" cari ilin ilk 5 ayında 19,4 milyon dollarlıq xidmət ixrac edib

Bakı. Çingiz Səfərli -Trend:

2021-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 29 ölkəsinə 19,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə bildirib ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

2021-ci ilin may ayında isə “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti