...

Azərbaycan və Qazaxıstan beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaları artırmağı planlaşdırır

İqtisadiyyat Materials 9 Sentyabr 2021 10:56 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaları artırmağı planlaşdırır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan və Qazaxıstan beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcmini artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşü zamanı müzakirə olunub.

Qeyd olunub ki, tərəflər dəhliz üzərindəki daşıma tariflərinin unifikasiyası, gömrük prosedurlarının sinxronlaşdırılmasının vacibliyini vurğulayıb.

Bununla yanaşı, nazirlər nəqliyyat və İKT sahəsindəki ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçiriləcək.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti