...

Azərbaycanın bugünkü iqtisadi uğurlarında “Əsrin müqaviləsi”nin böyük rolu var - Deputat

İqtisadiyyat Materials 20 Sentyabr 2021 19:27 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

27 il əvvəl - sentyabrın 20-də “Əsrin müqaviləsi” ilə Azərbaycan uğurlu və olduqca mühüm bir tarixi başlanğıca imza atdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin qətiyyətli addımları, uzaqgörən siyasəti nəticəsində mümkün oldu: “O zaman Azərbaycan müstəqilliyini yeni qazanmışdı, ölkədə xeyli çətinliklər var idi, beynəlxalq şirkətlər Azərbaycana investisiya qoymağa maraqlı deyildilər. Lakin ulu öndər Heydər Əliyev dünyanın iri şirkətlərini Azərbaycana gətirməyi bacardı və tarixi müqavilə imzalandı”.

A.Hüseynov vurğulayıb ki, "Əsrin müqaviləsi" bağlandıqdan sonra ölkə iqtisadiyyatında çox mühüm dəyişikliklər oldu: ““Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycana investisiya axını oldu və ölkə iqtisadiyyatında artım müşahidə edilməyə başlandı. Elə ilkin mərhələdə ölkənin iqtisadi tənəzzül dövrü bitdi və 1995-ci ildə ilk dəfə olaraq ölkə iqtisadiyyatında ümumi daxili məhsulda 0.1 % artım əldə olundu”.

A.Hüseynov əlavə edib ki, sonrakı dövrdə neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı: “Neftdən gələn gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu, sosial məsələlərin həlli üçün şərait yaratdı, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı”.

Deputat bildirib ki, Azərbaycanın bugünkü siyasi və iqtisadi uğurlarının əsasında məhz “Əsrin müqaviləsi”nin böyük əhəmiyyəti oldu: “Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsi “Əsrin müqaviləsi”nin mahiyyətini daha da artırdı. Bu sənəd təkcə iqtisadi baxımdan deyil, siyasi baxımdan da Azərbaycana böyük faydalar gətirdi, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artdı, Azərbaycan dünyada etibarlı bir tərəfdaş kimi qəbul olundu”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti