...

İdarələrarası Mərkəzin İşçi Qrupun iclası keçirilib

İqtisadiyyat Materials 2 Oktyabr 2021 14:45 (UTC +04:00)
İdarələrarası Mərkəzin İşçi Qrupun iclası keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi məqsədi ilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Trend xəbər verir ki, İşçi Qrupda təmsil olunan Prezident Administrasiyasının, Mədəniyyət, Təhsil nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Əqli Mülkiyyət və Dövlət Turizm Agentlikləri, Qarabağ Dirçəliş Fondu və AMEA nümayəndələrinın də iştirak edikləri iclasda işğaldan azad edilmiş torpaqlarda mədəni irsin qorunması, bərpası və təbliği, son arxeoloji araşdırmalar, elmi görüşlərin nəticələri və gələcək perspektivləri haqqında məlumatlar, təhsil infrastrukturu, icraatda olan işlərin ilkin nəticələri, İşğal və Zəfər muzeylərinin layihələndirilməsi, turizm imkanlarının prespektivləri barədə müzakirələr aparılmış, qarşıda duran məslələrlə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti