Bakı. Trend:
Azərbaycanda biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin tətbiqi və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilir, sahibkarlığa dövlət dəstəyinin əhatə dairəsi genişləndirilir. Bu baxımdan Biznesinin İnkişafı Fondunun yaradılması sahibkarlığa müasir yanaşmanın nümunəsi hesab edilə bilər.
Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Bu strateji kursa uyğun olaraq lisenziyalaşdırmanın sadələşdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi, güzəştli kreditləşmə faizinin aşağı salınması, kiçik və orta sahibkarlığın inkişafı tədbirləri, elektron xidmətlərin genişləndirilməsi, vergi, gömrük, sosial ödənişlər sisteminin təkmilləşdirilməsi biznesin iqtisadiyyatda rolunun artırılmasına əlavə imkanlar yaratmaqdadır. Eyni zamanda, institisional islahatlar sayəsində biznes fəaliyyətinin daha da genişləndirilməsi üçün müvafiq qanunlara dəyişikliklər olunur, sahibkarlığa dövlətin maliyyə dəstəyi tədbirləri daha da təkmilləşdirilir. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin dünən imzaladığı “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman” biznes sektorunda yeni yanaşma və prinsiplərin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkili qeyd edib ki, sözügedən sənədə əsasən, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmənin gücləndirilməsi, bu sahədə şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılması nəzərdə tutulub. “Cənab Prezident biznes sektorunda ən mütərəqqi metodların tətbiqini vacib hesab edir və bu istiqamətdə ardıcıl davamlı olaraq islahatlar həyata keçirilir. Bu baxımdan Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin bazasında Biznesinin İnkişafı Fondunun yaradılması sahibkarlığa yanaşmanın ən müasir nümunəsi kimi qiymətləndirilə bilər. Yeni qurum ilk növbədə ölkəmizin iqtisadi inkişafında aparıcı rol oyanayan sahibkarlığın imkanlarınını artırılmasına, iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafının dəstəklənməsinə və bu sahədə fəaliyyətin stimullaşdırılmasına yönəlmiş siyasət yürüdəcək, həmçinin, dövlət və qeyri-dövlət maliyyə dəstəyinin mexanizmlərinin asanlaşdırılması və təşviqi istiqamətində məqsədyönlü addımlar atacaqdır. Eyni zamanda, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarların hüquq və mənafelərinin qorunması, onların asan və rahat şəkildə kredit resurslarına çıxışının təmin edilməsi, xüsusilə də kiçik və orta sahibkarlığın dəstəklənməsi məqəsdilə müvafiq iqtisadi institutlarla birgə işlər görəcəkdir. Nəticədə real sektora investisiya qoyuluşlarının sürətləndiriləcək, özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək”.
A.Hüseynov dövlət başçısının müvafiq fərmanları ilə yeni qurumların - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Dəniz və Liman Agentliyinin yaradılmasını demokratik dövlət quruculuğu kursunun prinsiplərinə uyğun olaraq iqtisadi islahatların tərkib hissəsi kimi dəyərləndirib. Bildirib ki, 2018-ci ildən başlanmış yeni iqtisadi-sosial şəraitə uyğun şəkildə həyata keçirilən dərin hüquqi və institusional islahatların davamı kimi bir sıra dövlət qurumlarının fəaliyyəti yenidən təşkili edilir. Həmin dövlət orqanlarının iqtisadi çağırışlara uyğun olaraq fəaliyyəti üçün yeni əsaslar müəyyən edilir və daha geniş funksional idaretmənin tələblərinə uyğunlaşdırılır. Eyni zamanda, publik hüquqi şəxsin yaradılması aparılan səmərəli islahatların mühüm nəticəsidir. “Azərbaycanda Rəqəmsal Hökumət quruculuğu prosesinin geniş vüsət alması, 4-cü sənaye inqilabının tələblərinə əsaəsn, rəqəmsallaşma, innovasiya, yüksək texnologiyaların tətbiqi rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsini meydana çıxarmışdı. Rabitə və nəqliyyyat sektorunda innovasiyaların tətbiqinin genişləndirilməsi, radiospektr idarəçiliyinin və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Yeni nazirlik həm rəqəmsal idarəçiliyin genişlənməsi, həm də xidmət keyfiyyətin artırılması, innovativliyin, investisiya cəlbediciliyinin artması üçün çevik və dinamik bir quruma çevriləcək. Nəticədə vətəndaşlara xidmətin keyfiyyətləri artacaq, Azərbaycanın rəqəmsal nüfuzu yüksələcək və rabitə-elektron xidmətlər sektoruan xarici investisiyaların axını daha da stimullaşacaq.
Dövlət başçısının “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanını şərh edən Aydın Hüseynov bildirib ki, islahatlar yenilikləri tələb etdiyindən dəniz nəqliyyatı sahəsində xidmətlərin yenidən təşkilinə zərurət var idi. Həmin sahədə idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vacib idi. Son illərdə Azərbaycanın beynəlxalq yük daşınmalarında və dəniz tranzitlərində əhəmiyyətli ölkəyə çevrilməsi dəniz limanlarında fəaliyyətin optimallaşdırılmasını və rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılmasını tələb edirdi. Bu nöqteyi-nəzərdən Cənab Prezident “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmasını təmin etdi. Beləliklə, yeni qurum dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında müasir tarnzit xidmətləri və yanaşmalar tətbiq edəcək”.