...

Alış-verişdə nağd hesablaşmalarda 4 min manat limit olacaq

İqtisadiyyat Materials 22 Noyabr 2021 21:48 (UTC +04:00)
Alış-verişdə nağd hesablaşmalarda 4 min manat limit olacaq

Bakı. Trend:

“Nağdsız hesablaşmalar haqqında” Qanunda pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit də 4 min manat məbləğində müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Sonra iclasda büdcə layihəsi və onunla bağlı məsələlərin müzakirəsi başlanıb.

Müzakirələrdə komitə sədrləri Tahir Mirkişili, Hicran Hüseynova, Qənirə Paşayeva, Musa Quliyev, Siyavuş Novruzov, komitələrin sədr müavinləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Sahib Alıyev, deputatlar Vüqar Bayramov, Arzu Nağıyev, Məzahir Əfəndiyev, Vahid Əhmədov çıxış ediblər, dövlət büdcəsi ilə bağlı fikirlərini açıqlayıblar, rəylərini səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti