...

Azərbaycanda avtomobil satışı yeni qaydada aparılacaq

İqtisadiyyat Materials 24 Noyabr 2021 12:08 (UTC +04:00)
Azərbaycanda avtomobil satışı yeni qaydada aparılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, ixtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti