...

Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı 73 faiz icra edilib - Vüsal Qasımlı

İqtisadiyyat Materials 8 Dekabr 2021 12:30 (UTC +04:00)
Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı 73 faiz icra edilib - Vüsal Qasımlı

Bakı. Trend:

"2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində planlaşdırılmış tədbirlərin 70,3%-nin icrası yekunlaşıb, 4,6%-i qismən icra olunub, 25,1 %-i isə icra olunmamış hesab edilir.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Beşinci Beynəlxalq Bankçılıq Forumu"nda deyib.

Onun sözlərinə görə, proqramın 3 il ərzində ümumi icra nəticəsi 73 faiz səviyyəsində qiymətləndirilir:

"Proqram çərçivəsində rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması 83 faiz, bank sektorunun yenidən canlandırılması 54,5 faiz, rəqəmsal ekosistemin formalaşdırılması 70 faiz, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi 100 faiz icra olunub", - V.Qasımlı deyib.

O bildirib ki, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi istiqamətində Ani Ödənişlər Sisteminin (AÖS) yaradılması üzrə texniki infrastruktur hazırlanıb, sistemin tətbiqi üçün normativ hüquqi baza formalaşdırılması istiqamətində tədbirlər icra edilib, ödəniş infrastrukturunun iştirakçıları ilə inteqrasiya istiqamətində mühüm irəliləyişlərə nail olunub və sistem istismara verilib:

"ISO20022 standartlarının tətbiqi üzrə layihələrə beynəlxalq ekspertlər cəlb edilib. Bu standartların tətbiqi üzrə bank sektorunda mövcud vəziyyətin qiymətləndirilməsi apanlıb və mərhələli keçid planı hazırlanıb. Bank olmayan ödəniş xidməti təchizatçılarının bazarın aktiv iştirakçısına çevrilməsi və onlar tərəfindən innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi məqsədilə təbliğat və təşviqat layihələri hazırlantb, müvafiq istiqamətdə forum və müzakirələr keçirilib, fintek fəaliyyətlərinin təşviqi və koomunikasiyası üzrə assosiasiya yaradılıb. Ölkədə ən son maliyyə texnologiyalarının tətbiqi məqsədilə Rəqəmsal Transformasiya Planı hazırlanaraq Paylanılmış reyestr texnologiyasına əsaslanan Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi məqsədilə elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadənin genişləndirilməsi istiqamətləri müəyyənləşdirilib, elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platfonnalarında qarşılıqlı istifadə üzrə texniki imkanlar yaradılıb. Məsafəli bank xidmətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində rəqəmsal bankçılıq xidmətləri üzrə bank sektorunda cari vəziyyət qiymətləndirilib, məsafəli bank xidmətlərinin tətbiqinə mane olan amillər müəyyən edilib, internet və mobil bankçılıq xidmətlərinin bankların klassik xidmət paketinə daxil edilməsi üçün banklarla təbliğat və təşviqat işləri aparılıb", - V.Qasımlı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti