...

Azərbaycanda nağdsız valyuta bazarında əməliyyatların həcmi 27 milyard dolları ötüb

İqtisadiyyat Materials 18 Fevral 2022 17:51 (UTC +04:00)
Azərbaycanda nağdsız valyuta bazarında əməliyyatların həcmi 27 milyard dolları ötüb

Bakı. Trend:

2021-ci ildə Azərbaycanın nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 2020-ci illə müqayisədə 7,4 faiz artaraq 27,8 milyard ABŞ dolları ekvivalentinə bərabər olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının "2021-ci il üzrə pul siyasəti icmalı"nda deyilir.

Qeyd olunur ki, nağdsız valyuta əməliyyatlarının 86,4 faizi ABŞ dolları, 13,6 faizi digər valyutalarla aparılıb. Valyuta əməliyyatlarının 29,7 faizi banklararası valyuta bazarında, 70,3 faizi isə bankdaxili valyuta bazarında həyata keçirilib.

Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2020-ci illə müqayisədə 21,5 faiz azalaraq 4 milyard dollar ekvivalentinə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti