Rusiya ilə Azərbaycan arasında ticarətdə "Yaşıl dəhliz" açılır - Ticarət nümayəndəsi

İqtisadiyyat Materials 18 Mart 2022 11:06 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ilə Azərbaycan arasında ticarətdə "Yaşıl dəhliz" açılır.

Bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

Onun sözlərinə görə, xarici iqtisadi fəaliyyət iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizinin təşkil olunması üzrə pilot layihə olan "Yaşıl dəhliz"in təqdimatı keçirilib.

Ticarət nümayəndəsi qeyd edib ki, bu layihənin iştirakçısı olan Rusiya və Azərbaycan şirkətləri arasında xarici ticarət müqavilələri imzalanarkən hər iki ölkənin gömrük orqanları məhsulların maneəsiz və sürətli dövriyyəsi üçün gömrük prosedurlarının sadələşdirilməsi mexanizmlərini tətbiq edəcək.

"Yaşıl dəhliz" layihəsinin tezliklə işə salınması və eyni zamanda Azərbaycanın Xanoba və Rusiyanın Yaraq-Qazmalar avtomobil keçid məntəqələrinin bərpası və genişləndirilməsi üzrə işlərin başa çatması, eləcə də "Aqroekspress" layihəsinin tətbiqi ilə məhsul tədarükünün artırılması Rusiya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin müsbət dinamikasını təmin edəcək", - R.Mirsayapov deyib.

Qeyd edək ki, hazırda Rusiyanın yeddi səlahiyyətli iqtisadi operatoru daimi əsasda 100-dək Azərbaycan şirkəti ilə işləyir. Bu onu ifadə edir ki, Rusiyaya tədarük edilən Azərbaycan məhsullarının azı 20 faizi yaradılan "Yaşıl dəhliz" vasitəsilə rəsmiləşdiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti