...

Best Managed Companies Azerbaijan 2022 müsabiqəsinin Qala gecəsi keçirilib (FOTO)

İqtisadiyyat Materials 31 May 2022 13:30 (UTC +04:00)
Best Managed Companies Azerbaijan 2022 müsabiqəsinin Qala gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Best Managed Companies layihəsi qlobal olaraq Deloitte tərəfindən 30 il ərzində 40-dan artıq ölkədə uğurla həyata keçirilən müsabiqədir.

Əsas məqsəd yüksək biznes fəallığı ilə fərqlənən yerli özəl şirkətləri geniş ictimaiyyətə tanıtmaqdır.

26 may 2022-ci il tarixində Best Managed Companies Azərbaycan 2022 müsabiqəsinin qalibləri elan edildi. Builki müsabiqənin qalibləri METAK, SƏBA və VEYSƏLOĞLU Şirkətlər Qrupudur.

Qala gecəsində ölkənin biznes icmasının aparıcı şirkət nümayəndələri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və digər dövlət qurumlarının rəsmiləri iştirak etmişlər. Tədbirdə çıxış edən İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev Best Managed Companies layihəsinin Azərbaycanda özəl sahibkarlığın inkişafına verə biləcəyi töhfəni vurğulamışdır.

Tədbirin əhəmiyyəti haqqında Deloitte Azərbaycanın İdarəedici Partnyoru Nuran Kərimov bunları qeyd etmişdir: “Azərbaycanda fəaliyyətimizin 20 illiyində bu möhtəşəm layihəni yerli sahibkarlara dəstək olmaq məqsədilə MDB məkanında ilk dəfə məhz Azərbaycanda başladıq. Bizim üçün bu layihə özəl sektorda çalışan qabaqcıl Azərbaycan şirkətlərinin aşkarlayıb, onların uğurunu cəmiyyətə və beynəlxalq səviyyədə tanıtmaq üçün fürsətdir. Bu layihə sayəsində biz həmçinin Azərbaycan hökumətinin sahibkarlığın inkışafına yönəlmiş səylərinə əlavə dəstək vermiş oluruq. Əminik ki, hər il keçiriləcək bu mötəbər biznes müsabiqəsində daha çox Azərbaycan şirkəti iştirak edib faydalanacaq.”

Müsabiqə zamanı iştirakçı şirkətlərin idarə edilməsi müstəqil münsiflər heyəti tərəfindən dörd meyar əsasında dəyərləndirilir: strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri. Bu meyarlar Deloitte-un son 30 il ərzində bu müsabiqəni beynəlxalq müstəvidə keçirərək topladığı təcrübə əsasında müəyyənləşdirilib.

Best Managed Companies Azərbaycan müsabiqəsi PAŞA Bank, UNEC, British Business Group və İctimai Televiziyanın tərəfdaşlığı ilə təşkil olunmuşdur.

Deloitte adı Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL (“Deloitte Qlobal”) və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL müştərilərə xidmətlər göstərmir. Ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte qlobal səviyyədə audit və əminlik, konsaltinq, maliyyə, risk, vergi üzrə məsləhət xidməti və digər əlaqədar xidmətlər göstərən aparıcı markalardandır. Artıq iyirmi ilə yaxın müddətdir ki, Deloitte, Azərbaycan bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir və hal-hazırda Deloitte Bakı ofisində 150 nəfərdən artıq işçi çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti