...

Yanvar-may aylarında Türkiyə Qırğızıstana sement ixracını 37 faizdən çox azaldıb

İqtisadiyyat Materials 20 İyun 2022 10:13 (UTC +04:00)
Yanvar-may aylarında Türkiyə Qırğızıstana sement ixracını 37 faizdən çox azaldıb

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Türkiyədən Qırğızıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq 414 min dollar olub.

Trend-in xəbərinə görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Qırğızıstana sement ixracını 2021-ci ilin eyni ayı ilə müqayisədə 286,4 faiz artıraraq 167 min dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz artaraq 2,3 milyon dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 446 min 284 dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 16,2 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 5 milyon 123 min 184 dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti