...

Sənaye zonalarından yarım milyard manatlıq qeyri-neft məhsulu ixrac edilib

İqtisadiyyat Materials 8 Avqust 2022 13:04 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarısında sənaye zonalarından 543,9 mln. manat qeyri-neft sənaye məhsulu ixrac edilib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, 2022-ci ilin I yarısında 1,3 mlrd. manat məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9%, qeyri-neft sənaye məhsullarının ixracında isə 33,1% (543,9 mln. manat) olub.

"Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib", - M.Cabbarov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti