...

Heydər Əliyev Aeroportunun elektriklə təchizatında fasilə yaranıb, ehtiyat mənbədən istifadə edilir

İqtisadiyyat Materials 10 Avqust 2022 15:53 (UTC +04:00)
Heydər Əliyev Aeroportunun elektriklə təchizatında fasilə yaranıb, ehtiyat mənbədən istifadə edilir

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti