...

Avropada qazın qiyməti yenə bahalaşdı

İqtisadiyyat Materials 19 Avqust 2022 02:25 (UTC +04:00)
Avropada qazın qiyməti yenə bahalaşdı

Bakı. Trend:

London Birjasının məlumatlarına əsasən, Avropada qazın qiyməti 1000 kubmetr üçün təxminən 2500 dollar təşkil edib.

Trend xəbər verir ki, gün ərzində qazın qiymətində ümumi artım demək olar ki, 6% təşkil edib.

Pik zamanı qazın qiyməti 2532 dollara çatıb.

Bu həftənin əvvəlində Londonun ICE birjasında ticarət zamanı Avropada qazın spot qiyməti 1000 kubmetr üçün 2600 dolları ötüb.

Öz növbəsində, “Qazprom” qışda Avropada qazın qiymətinin 1000 kubmetr üçün 4000 dollardan yuxarı qalxa biləcəyini istisna etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti