Bakı. Trend:
Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1.732 sahibkara 72,1 milyon manat, o cümlədən 1.725 kiçik və orta həcmli layihəyə 53,4 milyon manat güzəştli kredit verilib.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, bu kreditlər hesabına 1.690 yeni iş yerinin açılması imkanı yaranıb.
"Güzəştli kreditlərin 71,4%-i aqrar sektorun, 28,6%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı və s. sahələrin, o cümlədən vəsaitlərin 88,2%-i regionların, 11,8%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür", - M.Cabbarov yazıb.