Bakı. Trend:
Sahibkarlığın İnkişafı Fondu tərəfindən V-VVV MMC-yə nəm salfetlərin istehsalı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Sahibkarlara dəstəyin prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir", - nazir yazıb.
Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1.963 sahibkara 90,2 mln. manat, o cümlədən 1.953 kiçik və orta həcmli layihəyə 62,8 mln. manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 68,8%-i aqrar sektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür.