...

İqtisadiyyata kredit qoyuluşlarının həcmi iki dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 24 Noyabr 2022 10:22 (UTC +04:00)
İqtisadiyyata kredit qoyuluşlarının həcmi iki dəfəyə yaxın artıb

Bakı. Trend:

Son 10 ildə iqtisadiyyata kredit qoyuluşlarının həcmi isə 9,9 milyard manatdan artaraq 17,1 milyard manata çatıb.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 6-cı Beynəlxalq Bankçılıq Forumunda (BBF) açılış nitqində deyib.

“Maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək verir. Maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir. Belə ki, son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8%-dən 44,3%-ə yüksəlib.İqtisadiyyata kredit qoyuluşlarının həcmi isə 9,9 milyard manatdan artaraq 17,1 milyard manata çatıb.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bankçılığın əsas inkişafı istiqamətləri müəyyən edilib. Ümumilikdə bankçılığın inkişafını sürətləndirməyi və yeni keyfiyyət dəyişikliklərini hədəfləyən bu tədbirləri qiymətləndirməyə imkan verən 3 səviyyədə indikator göstərilib: 11 ilkin nəticə indikatoru, 16 aralıq nəticə indikatoru, 10 yekun nəticə indikatoru", - V.Qasımlı bildirib.

Onun sözlərinə görə, strategiyaya əsasən bank sektoru üzrə aktivlərin həcminin hər il 8%, kredit portfelinin həcminin hər il 10%, biznes kreditlərinin həcminin hər il 6%, mikro, kiçik, orta biznesə verilən kreditlərin həcminin hər il 15%, sığorta bazarının həcminin hər il 10% artması gözlənilir.

"Həmçinin korporativ qiymətli kağızlar bazarının dərinliyinin artırılması üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional inkişafı və infrastruktur imkanlarının genişləndirilməsi ilə 2026-cı ilin sonuna kimi iki investisiya fondunun fəaliyyət göstərməsi gözlənilir”, - icraçı direktor qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti