...

ATC Company MMC-yə 195 min manat güzəştli kredit verilib

İqtisadiyyat Materials 2 Dekabr 2022 14:10 (UTC +04:00)
ATC Company MMC-yə 195 min manat güzəştli kredit verilib

Bakı. Trend:

Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye məhsullarının istehsalı və emalı layihələrinin maliyyələşdirilməsi çərçivəsində ATC Company MMC-yə 195 min manat güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2.195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit ayrılıb. Güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti