Bakı. Trend:
İtaliyanın ümumi daxili məhsul (ÜDM) artımı bu il 3,9%, 2023-cü ildə isə 0,4% olacaq.
Trend TASS-a istinadən xəbər verir ki, belə bir proqnozla İtaliya Statistika İnstitutu (ISTAT) çıxış edib.
İstehlak artımı 2022-ci ildə 3,7% səviyyəsində proqnozlaşdırılır, gələn il isə yüksək qiymətlərin təsiri ilə yavaşlama (+0,4%) gözlənilir. İnvestisiya İtaliya iqtisadiyyatının 2022-ci ildə (+10.0%) və daha az dərəcədə 2023-cü ildə (+2.0%) hərəkətverici qüvvəsi olacaq.
ISTAT işsizlik səviyyəsinin 2022-ci ildə 8,1% olacağını, 2023-cü ildə isə 8,2%-ə yüksələcəyini təxmin edir.
İtaliya Bankının (mərkəzi bank) oktyabr ayı təxminlərinə əsasən, ölkənin ÜDM artımı bu il 3,3%, 2023-cü ildə 0,3%, 2024-cü ildə isə 1,4% təşkil edəcək.