...

Qazaxıstan bazarlarında Türkiyə istehsalı olan hazır geyimlərə olan tələb azalıb

İqtisadiyyat Materials 13 Dekabr 2022 12:44 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-noyabr aylarında Qazaxıstana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 26,5 faiz azaldaraq 230,5 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Qazaxıstana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 19 faiz azaldaraq 21,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 19,1 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,4 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 21,3 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti