Bakı. Trend:
Xarici ölkələrdən, xüsusilə Ukraynadan bizə kibertəhlükəsizliklə bağlı dəstək üçün müraciətlər daxil olur.
Trend-in məlumatına görə, bunu bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov jurnalistlərə açıqlamasında deyib.
T.Məmmədovun sözlərinə görə, bu təkliflər heç bir halda qəbul edilmir:
"Buna səbəb hər bir ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin kənara sızmasının qarşısını almaqdır. Doğrudur, yerli resurslarımız azdır. Amma sayın artırılması istiqamətində dövlət qurumları ilə birgə layihə hazırlanır".