...

Rusiya və Azərbaycan arasında yükdaşımaların 80 faizi Azərbaycanın payına düşür

İqtisadiyyat Materials 24 Yanvar 2023 12:49 (UTC +04:00)
Rusiya və Azərbaycan arasında yükdaşımaların 80 faizi Azərbaycanın payına düşür
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və Azərbaycan arasında yükdaşımaların 80%-i Azərbaycan, 20%-i isə Rusiya daşıyıcılarının payına düşür.

Trend-in məlumatına görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, Türkiyədən Rusiyaya daşınmalarda da Azərbaycanın payı var. A.Rzayevin sözlərinə görə, bu rəqəm 30%-ə bərabərdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti adında beynəlxalq avtomobil əlaqələri haqqında Sazişin təsdiq edilib.

Sazişə əsasən dövlətlər arasında yüklərin daşınması və ya onların ərazisindən tranzit tərəflərin səlahiyyətli orqanlarının verdikləri icazələr əsasında yük avtonəqliyyat vasitələr ilə həyata keçirilir.

Hər yük daşınması üçün ayrıca icazə verilməlidir. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları yüklərin daşınması üçün razılaşdırılmış miqdarda icazə blanklarını hər il bir-birinə pulsuz verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti