...

Aprel ayından Nazirlər Kabinetinin beynəlxalq yükdaşımaları haqqında qərarı qüvvəyə minəcək

İqtisadiyyat Materials 24 Fevral 2023 15:59 (UTC +04:00)
Aprel ayından Nazirlər Kabinetinin beynəlxalq yükdaşımaları haqqında qərarı qüvvəyə minəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin səkkizindən beynəlxalq yükdaşımalarına icazəsi olmayan yükdaşıyanların bu fəaliyyətlə məşğul olmasına icazə verilməyəcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinin idarəetmə heyətinin sədri Anar Rzayev jurnalistlərə deyib.

O, Azərbaycanın Nazirlər Kabinetinin 2022-ci ildə beynəlxalq yükdaşımalar haqqında qəbul etdiyi qərara əsasən, praktik tətbiqinin cari ilin aprel ayından başlayacağını xatırladıb.

"Bu günədək artıq 84 şirkət müvafiq icazə üçün müraciət edib. Biz maraqlı bütün şirkətlərin icazə almasını tezləşdirmək məqsədilə vaxtaşırı görüşlər keçirəcəyik", - Rzayev deyib.

O, həmçinin, beynəlxalq yükdaşımalarla məşğul olan təşkilatların sayının 70-dən 216-dək artdığını əlavə edib. Beynəlxalq yükdaşımalarda milli yükdaşıma şirkətlərinin sayı sürətlə artmaqdadır.

Qeyd edək ki, bu gün Bakı şəhərində dövlət strukturları nümayəndələri və avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıyıcıları arasında görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti