...

Azərbaycan və Özbəkistan beynəlxalq yük daşımalarda elektron icazə sisteminin tətbiqinə başlayıb

İqtisadiyyat Materials 15 Mart 2023 14:15 (UTC +04:00)
Azərbaycan və Özbəkistan beynəlxalq yük daşımalarda elektron icazə sisteminin tətbiqinə başlayıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan ilk dəfə eTIR (elektron icazə sistemi) əsaslı beynəlxalq yük daşımalarına başlayıb.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) tranzit xidmətləri üzrə baş məsləhətçisi Vaxtanq Zarandiya Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə bu gün Bakıda keçirilən çoxtərəfli görüşdə deyib.

Onun sözlərinə görə, bu, gömrük sərhədlərindən keçid prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirməklə yanaşı, ölkələr arasında əmtəə dövriyyəsində mühüm artıma səbəb olacaq.

"Bütün ölkələri bu təşəbbüsə qoşulmağa çağırıram, belə ki, "pir pəncərə" prinsipindən istifadə etməklə yükdaşıma dövlət sərhədlərindən keçid prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirəcək və maşınların gömrük məntəqələrində dayanma müddətini əhəmiyyətli dərəcədə azaldacaq", - o qeyd edib.

Orta Dəhlizin bütün ölkələrinin IRU iştirakçısı olduğunu nəzərə alaraq, o cümlədən personalın elektron sənədlərlə iş üzrə təlim almaları üçün gömrük orqanlarının əməkdaşlarının iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti