...

Qazprombank 2024-cü ilədək Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payını proqnozlaşdırıb

İqtisadiyyat Materials 29 Mart 2023 20:37 (UTC +04:00)
Qazprombank 2024-cü ilədək Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payını proqnozlaşdırıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-neft-qaz sektorunun cari inkişaf sürəti qorunub saxlanılsa, 2024-cü ilədək Azərbaycanın ÜDM-ində onun payı 70 faizə yaxınlaşacaq.

Bu barədə Trend-ə "Gazprombank"ın Bazar konyunkturunun təhlili departamentinin rəis müavini Gulnara Haydarşina deyib.

Onun sözlərinə görə, bu, artıq suveren reytinqlərin yüksəlməsinin və Azərbaycanda borc vasitələrinin cəlbediciliyinin artmasının doğru yoludur.

"Azərbaycan iqtisadiyyatı yüksək beynəlxalq ehtiyatlar sayəsində xarici şoklardan yaxşı qorunur. Qiymətləndirmələrimizə görə, bu ehtiyatlar ÜDM-in 75 faizini təşkil edir. Xüsusən, Dövlət Neft Fondunun (SOFAZ) transfer mexanizmi vasitəsilə büdcə xərclərinə rasional yanaşma və yüksək neft qiymətləri sayəsində 2022-ci ildə SOFAZ-ın aktivləri indiyə qədərki ən maksimal həddə çataraq 49 milyard dollar olub. Makroiqtisadi stabilliyin dəstəklənməsinə, həmçinin, manatın dollara olan sabit məzənnəsi də imkan yaradır və xarici böhran hallarının Azərbaycan iqtisadiyyatına "keçməsini" çətinləşdirir. Bundan başqa, neft-qaz sektorunun inkişafı sayəsində iqtisadiyyatın xammal qiymətlərindəki dəyişkənliyə qarşı dayanıqlılığı təmin olunur", - departament rəisinin müavini deyib.

G.Haydarşina, həmçinin, yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft-qaz sektorunda artımın illik hesablamada 4,6 faiz olduğunu və MDB ölkələri üzrə orta göstəricidən yüksək olduğunu xatırladıb.

"Bütünlükdə Qarabağdakı yeni layihələr və Azərbaycanın Avrasiya regionundakı logistik əhəmiyyətinin artması sayəsində biz iqtisadiyyatın inkişafına təkan verən qeyri-neft-qaz faktorlarına getdikcə daha çox diqqət ayırırıq. Qiymətləndirmələrimizə görə, qeyri-neft-qaz sektorunun cari inkişaf sürəti qorunub saxlanılsa, 2024-cü ilədək Azərbaycanın ÜDM-ində onun payı 70 faizə yaxınlaşacaq. Bu isə artıq suveren reytinqlərin yüksəlməsinin və Azərbaycanda borc vasitələrinin cəlbediciliyinin artmasının doğru yoludur", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti