...

"Twitter"də kriptovalyuta alqı-satqısı mümkün olacaq

İqtisadiyyat Materials 14 Aprel 2023 10:44 (UTC +04:00)
"Twitter"də kriptovalyuta alqı-satqısı mümkün olacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Twitter"də kriptovalyuta ticarəti funksiyası yaradılır.

Trend-in məlumatına görə, "eToro" vasitəsilə birbaşa "Twitter"də kriptovalyuta və səhmləri alıb satmaq mümkün olacaq.

"Twitter" "cashtag"lərinin daha çox alətləri və aktiv siniflərini əhatə edəcək şəkildə genişləndiriləcəyi bildirilib. "Cashtag" adlı funksiya ilə S&P 500, şirkət səhmləri və bəzi kripto aktivləri kimi indeks fondları haqqında məlumatlar "Twitter"də "TradingView" məlumatlarından istifadə etməklə göstərilə bilər. "eToro" inteqrasiyası ilə artıq ticarət etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti