...

Türkiyədə 15-17 yaş qrupundakı işçi uşaqların sayı 20 faizə çatıb

İqtisadiyyat Materials 26 Aprel 2023 16:33 (UTC +04:00)
Türkiyədə 15-17 yaş qrupundakı işçi uşaqların sayı 20 faizə çatıb

Bakı. Trend:

Türkiyədə 2022-ci ilin sonunda 15-17 yaş qrupundakı işçi qüvvəsinə daxil olan uşaqların sayı 18,7 faiz təşkil edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Statistika İnstitundan (TÜİK) bildirilib.

Statistikada o da qeyd olunub ki, 15-17 yaş qrupundakı işçi oğlanların sayı işçi qızlardan iki dəfədən çoxdur.

Qeyd edək ki, 2022-ci ilin sonunda Türkiyədə uşaqların sayı ümumi əhali sayının (85 milyon 279 min 553) 26,5 faizini təşkil edərək 22 milyon 578 min 378 nəfər olub, onların 51,3 faizini oğlanlar, 48,7 faizini isə qızlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti