Bakı. Trend:
2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 11,3 milyard dollara bərabər olub.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 2,7 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 32,1 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.