...

Laçının Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək (FOTO)

İqtisadiyyat Materials 29 May 2023 14:12 (UTC +04:00)
Laçının Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə Trend-ə "Qayıdış" proqramı üzrə baş koordinator Elnur AbdullayevElnur Abdullayev deyib.

Onun sözlərinə görə, burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq.

"Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub", - deyə E. Abdullayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti