Bakı. Trend:
Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq.
Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, “Mərkəzi Bank haqqında” qanuna dəyişiklikdə bu məsələ də nəzərdə tutulur. “Valyuta mübadilə məntəqələrinin fəaliyyəti müstəsna fəaliyyət kimi nəzərdə tutulur.
İnstitusional valyuta mübadilə məntəqələri biznesi kimi bu iş nəzərdə tutulur. Yəni kiçik yox, institusional valyuta mübadilə şöbələri yaradılması planlaşdırılır”, - deyə o qeyd edib.