...

Yanvar-may aylarında Ukraynadan Türkiyə limanlarına 4 milyon tondan çox yük daşınıb

İqtisadiyyat Materials 27 İyun 2023 12:24 (UTC +04:00)
Yanvar-may aylarında Ukraynadan Türkiyə limanlarına 4 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Ukraynadan Türkiyə limanlarına 4 milyon 522 min 656 ton yük daşınıb.

Trend TurkicWorld-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Ukraynadan limanlara 260 min 878 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 4 milyon 144 min 596 ton yük çatdırıb.

Bu müddət ərzində Ukrayna bayraqlı gəmilərlə Türkiyə limanlarına 117 min 182 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarına Ukraynadan 51 min 106 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyə limanları 35 milyon 489 min 337 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 574 min 720 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 914 min 614 ton olub.

Bununla yanaşı, 2023-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 496 min 794 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 160 milyon 766 min 21 ton yük qəbul edib.

2023-cü ilin yanvar-may aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 11 milyon 440 min 507 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 149 milyon 325 min 514 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 934 min 777 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti