Bakı. Trend:
Ağstafada əkinçiliyin inkişafına güzəştli kredit ayrılıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Sahibkar Etibar Əsgərovun əkinçiliyin inkişafı üzrə təqdim etdiyi layihəyə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 195 min güzəştli kredit ayrılıb. Layihə Ağstafa rayonunda həyata keçiriləcək", - nazir qeyd edib.
Qeyd edək ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2.726 layihə üzrə 145,9 mln. manat güzəştli kredit ayrılıb.
Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.